Dünyanın ən varlı qadınları - REYTİNQ - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən varlı qadınları - REYTİNQ - FOTOLAR

Nüfuzlu Forbes jurnalı ənənəvi "Dünyanın ən zəngin qadınları" reytinqini açıqlayıb.


"Wal-Mart" marketlər şəbəkəsinin banisinin oğlunun dul xanımı Kristi Uolton36,7 milyard dollarlıq varidatla reytinqə başçılıq edir. 2005-ci ildə əri aviaqəzada həlak olan 59 yaşlı K.Uolton ailə sərvətini son 9 ildə iki dəfə artırıb.

Reytinqdə 2-ci yeri "L’Oreal" parfümeriya imperiyasının sahibi Lilian Betankur tutub. "İmperiya"nın banisi olan fransız dul xanımın varidatı 34,5 milyard dollardır.


Siyahıda 3-cü pillədə isə "Wal-Mart" supermarketlər şəbəkəsinin banisi Sem Uoltonnun qızı Elis Uolton tutub. Onun 34,3 milyard dollar sərvəti var. 64 yaşlı qadın indiyədək 3 dəfə avtomobil qəzasına düşüb.


Apple korporasiyasının banisi, mərhum Stiv Cobsun indi dul xanımı Loren Pauell Cobs 14 milyard dollarlıq sərvətlə reytinqin 10-cu pilləsindədir. 3 övlad anası, 50 yaşlı Loren Pauell Cobs "Disney"in ən böyük fərdi səhmdarıdır. O, yoxsul ailələrdən olan gənclərə təhsil almağa yardım edən "College Track"-in banilərindən biridir./Milli.Az


"Dünyanın ən varlı qadınları" reytinqinin ilk onluğunu təqdim edirik:

1. Kristi Uolton - 36,7 milyard dollar

2. Lilian Betankur - 34,5 milyard

3. Elis Uolton - 34,3 milyard

4. Jaklin Mars - 20 milyard

5. Cina Raynhart - 17,7 milyard

6. Süzann Klatten - 17,4 milyard

7. Ebiqeyl Conson -17,3 milyard

8. Enn Koks Çembers - 15,5 milyard

9. Ayris Fontbona - 15,5 milyard

10. Loren Pauell Cobs - 14 milyard

Oxumağa davam et
Reklam
Reklam

Gündəm