Bilgi.az
Milçək yeyərək sağ qaldı
Avstraliyada üç həftəyə yaxın yolunu itirən Alman turist milçək yeyərək həyatda sağ qaldığını söyləyib.
Movqe.Az xəbər verir ki, 26 yaşındakı Daniel Dudzisz 17 Fevralda Queenslandda gəzintiyə çıxarkən itmişdi. Alman turist dünən tapılıb. Polis Dudziszin sağlam və yaxşı olduğunu, əhvalının da yaxşı göründüyünü bildirib.
ABC televiziyasına danışan komissar Mark Henderson Dudziszin hətta zarafat etdiyini deyib: "Avstraliya çölündə bu qədər milçək, böcək varkən insanın əsla aclıq ya da zülal çətinliyi çəkməyəcəyini söyləyib".
Alman turist itdikdə yanında bir miqdar konserv yemək olsa da bunları yedikdən sonra uzun müddət ağcaqanad və digər uçan həşəratlar yeyərək yaşadığı aydın olub.
Dudzisz, Windorah və Jundah qəsəbələri arasında itdikdən sonra polis bölgəni vertolyotlar və dörd təkərli motorsuz polis vasitələriylə axtarmış, lakin alman turist tapılmamışdı.
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI