Yaddaşını itirən arvadı üçün ikinci dəfə toy edəcək - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yaddaşını itirən arvadı üçün ikinci dəfə toy edəcək - FOTOLAR

ABŞ-ın Tennessi ştat sakini amneziyadan əziyyət çəkən arvadı üçün ikinci dəfə toy etmək qərarına gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ceremi və Castis Stamper keçən ilin avqust ayında nikaha daxil olublar. Lakin toydan bir neçə həftə sonra Castis avtomobil qəzasına düşüb. Qəza nəticəsində qadın xəsarət almaqla yanaşı, yaddaşının bir hissəsini də itirib.

Həkimlərin müdaxiləsindən sonra qadının yaddaşını bərpa etmək olar. Lakin Castis toy mərasimi də daxil olmaqla qəzadan 5 həftə öncəki hadisələri unutduğunu ərinə deyib. O, saatlarla toy şəkillərinə baxsa da, heç bir şeyi xatırlaya bilməyib. Onda Ceremi arvadına görə ikinci dəfə toy təşkil etmək qərarına gəlib.

Toy bu ilin avqustun 1-də baş tutacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm