Bilgi.az
Göz yaşlarının sirri: səbəblərindən asılı olaraq onlar fərqli görünürlər - FOTOLAR
Aşağıda təqdim olunmuş fotolar ilk baxışdan qar dənəciklərini xatırladır. Əslində isə, qar dənəciklərinə bənzər olan naxışlar göz yaşının mikroskop altında çəkilmiş fotolarıdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hollandiyalı rəssam Mauris Mikkers göz yaşlarının mikroskop altında necə görüntüləndiyini qeydə alıb. Maraqlısı odur ki, göz yaşımız acı istiot yeyəndə, soğan doğrayanda mikroskop altında fərqli görünür.
Rəssam deyib: "Mən ilk təcrübəni dostumun üzərində yoxlamağa qərar verdim. Dostuma dedim ki, soğan doğrasın, acı istiot yesin, ventilyatora bir müddət baxsın, kədərli hadisəni xatırlayıb ağlasın. Bu proseslərdən sonra göz yaşımızın formasındakı oxşar və fərqlilikləri bilmək istəyirdim".
Elmi cəhətdən göz yaşı yağ və fermentlərdən ibarətdir. Bundan əlavə, göz yaşı 3 yerə bölünür: əsas göz yaşı-gözü quruluqdan qoruyur. Refleks göz yaşı-soğan doğrayarkən və ya gözə toxunarkən yaranan göz yaşı. Psixi göz yaşı-emosional olarkən axan maye.
Alimlərin fikrincə hər bir göz yaşı müxtəlif molekula tərəfindən yaranır. Məsələn, emosional olarkən axan göz yaşı ağrıkəsici rolunu oynayır çünki, daxili stressi çıxarmağa kömək edir. Göz yaşının tərkibində duz olduğu üçün mikroskop altında kristallaşmış duzlar müxtəlif formada görünür.
Aşağıda göstərilən naxışlar da elə kristalların sayəsində yaranıb. Onların hər biri bir-birindən fərqlənir və maraqlı naxışlar yaradır.
Psixi göz yaşı: güclü emosional sarsıntı keçirdikdən sonra axan göz yaşı
Refleks göz yaşı: acı istiot yedikdən sonra
Refleks göz yaşı: soğan doğradıqdan sonra axan göz yaşı
Bir neçə dəqiqə ventilyatora baxdıqdan sonra
Nura
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı