Dünyanın ilk qolsuz pilotu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ilk qolsuz pilotu - FOTOLAR

Amerikalı Cessika Koksun 32 yaşı var və o, düz 32 ildir ki, qollarsız yaşayır. Cessika nə qəzaya düşüb, nə də hər hansı bir xəstəlik ucbatından qollarını itirib. O, sadəcə olaraq belə dünyaya gəlib.

Publika.az dünyanın ilk qolsuz pilotu və Amerika Taekvondo cəmiyyətinin qara kəmər ustası Cessikanın həyat hekayəsini təqdim edir.

Cessika çiyindən aşağı qolların nə olduğunu bilmir. Uşaqlıqda protezlərdən istifadə etsə də, bu metod ona rahat görünməyib. Ona görə də, Cessika gündəlik işləri görmək üçün ayaqlarını işə salıb. Maraqlısı odur ki, Cessika ayaqlarının köməkliyi ilə bir çoxlarımızdan irəli gedərək yararsız insan olmadığını sübut edib.

O, ilk qadındır ki, əyləci ayaqları ilə idarə edərək təyyarə sürür. Bu azmış kimi, Cessika pilot lisenziyası da ala bilib. Təyyarəni sürmək üçün o, 3 il vaxt sərf edib. Cessika ayaqları ilə bütün idarəetməni öyrənib. Ümidini üzməyən qız taekvondo döyüş sənətinin qara kəmərini də qazanıb.

Yeri gəlmişkən, Cessika gələcək əri ilə döyüş sənəti seksiyasında tanış olub. Onun əri taekvondo üzrə təlimçidir. Cessika insanları təəccübləndirməkdən bezmir. Belə ki, qollarının olmamasına baxmayaraq, Cessika sorfinqlə məşğul olur, ayağı ilə piano çalır, klaviaturada yazı yazır, ev işlərini görür. O hətta ayaq barmaqları ilə qələmi tutaraq yazı yazmağı da bilir.

Bir sözlə, Cessika fiziki qüsurlu olsa da, insanlara bir çox şeyin öhdəsindən gələ bildiyini sübut edib. Bu səbəbdən də, Cessika 2008-ci ildə Ginnesin rekordlar kitabına düşüb.

Cessika deyib: "Mən çox şeyin öhdəsindən gələ bilirəm, yalnız bir şeydən başqa. Saçlarıma qulluq göstərə bilmirəm. Ərim saç yığmağı və hörməyi öyrənib. Bu, mənim üçün çox vacibdir, çünki saçlarım üzümə düşəndə qıcıqlanıram".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm