Bakıda "07" qaçıran şəxslər saxlanıldı
Bizi izləyin

Hadisə

Bakıda "07" qaçıran şəxslər saxlanıldı

Bakıda avtomobil oğurluğu edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Şöbəsi (RP) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də K.Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Abbasov və əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların Sabunçu və Binəqədi rayonu ərazisindəki iki mağazadan ümumilikdə 60 manat pul, 7 500 manat dəyərində spirtli içki, tütün məmulatı, danışıq kartları, Səbail rayonu ərazisində “KİA” markalı avtomobildən cibində 2 000 manat pul olan gödəkcə oğurlamaları, habelə Binəqədi rayonu ərazisindəki ofislərin birindən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm