Kriminal
Azərbaycanlı kriminal avtoriteti o güllələyib - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bu gün Moskvada azərbaycanlı “qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən killerin kimliyi məlum olub.
Publika.az Rusiya mənbələrinə istinadla xəbər verir ki, həmin şəxs Taleh Orucovdur. Onun şəxsiyyətini “112” Telegram-kanalı açıb və şübhəlinin fotosunu dərc edib.
Xəbər verildiyi kimi killer Əli Heydərovu Moskvada yaşadığı binanın birinci mərtəbəsində yerləşən idman zalında haqlayıb. Heydərov qaçış cığırında idman edərkən killer ona yaxın məsafədən bir neçə atəş açıb, sonuncu kontrol atəşini başından açaraq hadisə yerini tərk edib. Hazırda onun axtarışları davam edir.
xxx
19:12
Rusiyada daha bir azərbaycanlı qanuni oğru qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə "CrimeTime" məlumat yayıb.
Bildirilir ki, Moskvanın şimal-qərbində öldürülən şəxs cinayətkar cəmiyyətdə daha çox "Albert Rıjiy" kimi tanınan 40 yaşlı azərbaycanlı qanuni oğru Əli Heydərovdur.
Məlumata görə, cinayət hadisəsi bu gün günorta saatlarında mərhumun yaşadığı "Alıe Parusa" yaşayış kompleksinin fitness klubunda baş verib.
Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları tərəfindən araşdırmalara başladılıb.
Xatırladaq ki, Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjiy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan "Albert Rıjiy" Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib.
Hüseyn
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib