SALYANDA DƏHŞƏT: 10 yaşlı oğlan "Kamaz"ın altında qaldı
Bizi izləyin

Kriminal

SALYANDA DƏHŞƏT: 10 yaşlı oğlan "Kamaz"ın altında qaldı

Salyan rayonunda yük maşını velosiped sürən 10 yaşlı oğlanı vurub öldürüb.

Publika.az xəbər verir ki, rayonun Xıdırlı kəndi ərazisində “Kamaz” markalı yük maşını yolda velosipedlə hərəkətdə olan 2008-ci il təvəllüdlü oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm