Bakıda 25 yaşlı qızdan 17 gündür xəbər yoxdur - EVDƏN BU ADLA ÇIXIB
Bizi izləyin

Kriminal

Bakıda 25 yaşlı qızdan 17 gündür xəbər yoxdur - EVDƏN BU ADLA ÇIXIB

Bakıda gənc qız itkin düşüb.

Publika.az xəbər verir ki, Binəqədi rayon Xocasən qəsəbə sakini, 1962-ci il təvəllüdlü Maral Mustafayeva 40-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, qızı, 1993-cü ildə anadan olmuş Nargilə Quliyeva sentyabrın 16-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

M.Mustafayeva ərizəsində qeyd edib ki, qızı həmin gün saat 16 radələrində metronun “20 Yanvar” stansiyasının yanındakı mağazadan mobil telefonu üçün nömrə almaq adı ilə evdən çıxıb. Bir müddət sonra o, qızına zəng edib. Nargilə isə anasına metronun yaxınlığında 102 saylı marşrut avtobusunun yanında olduğunu və avtobusa minərək evə qayıdacağını deyib. Lakin daha sonra gənc qıza zəng çatmayıb və ondan məlumat almaq mümkün olmayıb.

Müraciət əsasında araşdırmalar aparılır.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm