Azərbaycanda ŞOK OLAY: 19 yaşlı qız 1 həftə qabaq evdən qaçdı, sonra...
Bizi izləyin

Kriminal

Azərbaycanda ŞOK OLAY: 19 yaşlı qız 1 həftə qabaq evdən qaçdı, sonra...

Dünən Kürdəmir rayonu ərazisində Mil-Muğan-Şirvan su kollektorunda meyiti tapılan 19 yaşlı Həsənova Mətanət Yaşar qızı ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Publika.az xəbər verir ki, Zərdab rayonu Şahüseynli kənd sakini olan gənc qızın 1 həftə əvvəl evdən çıxdığı və itkin düşmüş şəxs kimi axtarışda olduğu üzə çıxıb. Belə ki, Mətanət Həsənovanın əmisi Qabil Həsənov bir müddət əvvəl onunla eyni ünvanda yaşayan qardaşı qızının itkin düşməsi ilə bağlı polisə məlumat veribmiş. Lakin geridə qalan bir həftə ərzində qızın axtarışları nəticə verməyib. Nəhayət, oktyabrın 7-də Kürdəmirdə Ərşəli-Axtaçı yolunun kənarında balıq tutan şəxs kanalın Girdiman çayının altından keçən hissəsinə ilişmiş meyiti görərək dərhal aidiyyəti qurumlara xəbər verib. Hadisə yerinə gələn dalğıclar meyiti çıxararaq aidiyyəti üzrə təhvil verib. Meyiti tanımaq üçün dəvət edilən qızın əmisi Qabil Həsənov onu paltarından tanıyıb və evdən çıxdığı geyimdə olduğunu deyib.

Bildirilir ki, 19 yaşlı Mətanət elə evdən qaçdığı gün axşam saatlarında özünü Şor kanal kimi tanınan kollektora ataraq həyatına son qoyub. Suyun axarı onu təxminən 30 kilometr gətirərək həmin əraziyə çıxardıb.

İntihar hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Gənc qızın hansı səbəbdən evdən qaçması və həyatına son qoyması hələlik tam dəqiqləşməyib.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm