Azərbaycanda 2 nəfəri güllələyən şəxs axtarılır - SİLAHI YOLA ATIB QAÇDI
Bizi izləyin

Kriminal

Azərbaycanda 2 nəfəri güllələyən şəxs axtarılır - SİLAHI YOLA ATIB QAÇDI

Sabirabadda qətl törətmiş şəxsin axtarışları davam etdirilir.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş “TOZ-12” markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, hazırda axtarışı davam etdirilən A.Astanov İmişli sakininə də atəş açaraq onu yaralayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm