Bakıda dəhşətli cinayət: uşağın gözü qarşısında anasının boğazını kəsib öldürdü
Bizi izləyin

Kriminal

Bakıda dəhşətli cinayət: uşağın gözü qarşısında anasının boğazını kəsib öldürdü

Oktyabrın 20-də axşam saatlarında Bakı şəhərinin Nərimanov rayonunda qətl törədilib.

Publika.az xəbər verir ki, Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Hüseynov münaqişə zəminində həyat yoldaşı Xoşqədəm Hüseynovanı bıçaqlayaraq öldürüb. O, kəsici alətlə həyat yoldaşının boğazını kəsib. Qadın yerindəcə ölüb.

Bildirilir ki, hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib. F.Hüseynov daha sonra qapını bağlayaraq evdən çıxıb. O, Qubaya gedərək uşağı atasının evinə qoyub və daha sonra Quba rayon Polis Şöbəsinə gedərək həyat yoldaşını öldürdüyünü deyib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb.

F.Hüseynov Bakıya gətirilib. Hadisənin səbəbi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm