• USD 1,7000 0,00% EUR 2,0259 -0,65%
    • GBP 2,3667 -0,52% RUB 0,0235 0,00%

Baş Prokurorluq MTN polkovniki ilə bağlı məlumat yaydı

  • Kriminal
  • 23 Oktyabr 2018 15:27
  • 1 245 Baxış
Baş Prokurorluq MTN polkovniki ilə bağlı məlumat yaydı

Baş Prokurorluq ləğv edilmiş MTN polkovniki Vüsal Ələkbərovla bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə informasiyalar yayılıb: “Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur.

Belə ki, rüşvət alma, hədə-qorxu ilə tələb etmə və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR