Bakıda 24 yaşlı qadının evində öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Bakıda 24 yaşlı qadının evində öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - YENİLƏNDİ

Dünən axşam saatlarında Bakı şəhərinin Xətai rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, İ.İsmayılov küçəsindəki mənzildə amansızlıqla öldürülən 24 yaşlı Səriyyə Abdullayeva 4 il əvvəl həyat yoldaşı İlkin Abdullayevdən rəsmən boşanıbmış. Lakin boşanmalarına baxmayaraq onların arasında münaqiş davam edib. Dünən özü ilə qatlanan bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib. Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerindəcə keçinib.

Polis tərəfindən saxlanılan İlkin Abdullayev keçmiş həyat yoldaşını onun usage görməsinə şərait yaratmadığı üçün öldürdüyünü deyib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

*****

11:09

Bakıda qətl törədilib.

Publika.az xəbər verir ki, dünən saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, istintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm