Kriminal
Keçmiş məhkum həmyerlisini döyüb öldürdü - FOTO
Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.
Qeyd olunan faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO