Azərbaycan vətəndaşının alt paltarından 20 min dollar çıxdı – FOTO
Bizi izləyin

Kriminal

Azərbaycan vətəndaşının alt paltarından 20 min dollar çıxdı – FOTO

Azərbaycanda qeyri-qanuni yolla külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm