Bakının mərkəzində QANLI HADİSƏ: bıçaqlayıb pullarını aldılar
Bizi izləyin

Kriminal

Bakının mərkəzində QANLI HADİSƏ: bıçaqlayıb pullarını aldılar

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib 170 manatını alıb. R.Qənbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlərdən Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılıb. Digər şəxsin şəxsiyyəti müəyyən edilib.

Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm