Kriminal
Azərbaycana gələn şəxsin cibindən 65 boyunbağı, 161 cüt sırğa tapıldı - FOTO
Gömrükçülər külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Rusiya Federasiyası vətəndaşı gömrük nəzarətini "yaşıl kanal"la keçərkən saxlanılıb və yoxlama otağına dəvət edilib. Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub.
Vətəndaş yoxlama başlandıqdan sonra pencəyinin iç cibindən çıxararaq təqdim etdiyi 4 ədəd sellafon paketə baxış keçirilib. Baxış zamanı, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 800 qram qızıl zərgərlik məmulatları - üzərində qaşlar olan 37 ədəd üzük, 65 ədəd boyunbağı, 161 cüt sırğa, 5 ədəd kulon və 37 ədəd qolbaq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!