Azərbaycanda bacısı oğlunun toyunda adam öldürən şəxslə bağlı YENİ XƏBƏR
Bizi izləyin

Kriminal

Azərbaycanda bacısı oğlunun toyunda adam öldürən şəxslə bağlı YENİ XƏBƏR

Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Səlim Mirzəbəyov 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Qusar rayonun Gədəzeyxur kəndində keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Səlim Mirzəbəyov şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci İlham Qədirovu bıçaqlayıb.

İlham Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

İlham Qədirovun qətlə yetirilməsi faktı ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Görülmüş tədbirlərlə Səlim Mirzəbəyov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, qətli törədən Səlim Mirzəbəyov toyu olan bəyin doğma dayısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm