Azərbaycanda oğlanlardan bir-birinə qarşı RÜSVAYÇI HƏRƏKƏT: kollektiv şəkildə... - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Azərbaycanda oğlanlardan bir-birinə qarşı RÜSVAYÇI HƏRƏKƏT: kollektiv şəkildə... - ŞOK TƏFƏRRÜAT

Bakıda yetkinlik yaşına çatmayan oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Teymur Abbasovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Teymur aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsilə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Otlaq sahəsində zorakılıq

Belə ki, o, 2014-cü ilin mart ayının ortalarında on dörd yaşına çatmayan Sahil Məmmədovun köməksiz vəziyyətindən istifadə etməklə, ona zor tətbiq edib.

Teymur azyaşlını hədələyərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olan otluq sahəyə aparıb. Orada azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər edib.

Hədələdi, evinə gətirdi, cinsi əlaqədə oldu

Bundan sonra Teymur azyaşlı oğlana qarşı ikinci dəfə 2015-ci ilin mayında əxlaqsız hərəkətlər edib. O, Sahili hədələyərək Qaraçuxur qəsəbəsindəki evinə gətirib və orada onunla zorla cinsi əlaqədə olub.

“Sahilə heç bir şey eləməmişəm”

İstintaq orqanı tərəfindən Teymur Abbasovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Teymur Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Sahilə qarşı seksual xarakterli heç bir hərəkət etməyib: “Həyətdəki uşaqlar Sahili öyrədiblər ki, belə danışıb, mənim adımı çəksin. Sahilə heç bir şey eləməmişəm. Mənim bu işlərdən xəbərim yoxdur. Həmin ərəfədə də Qazax rayonunda anadan olduğum kənddə olmuşam”.

“Anam atasını qapıdan qovmuşdu”

Teymur Abbasovun ifadəsinə görə, 2015-ci ilin iyulun 7-də Bakıya gəlib: “Bundan əvvəli isə hər gün istehsalat təcrübəsində olmuşam. May ayının 27-dən hər gün səhər tezdən axşam saat 18:00-a qədər təcrübə keçmək üçün tikintiyə getmişəm. Sahilin niyə məni şərləməsini bilmirəm. Amma anam bir dəfə Sahilin atasını öz arvadından çox gileyləndiyi üçün qapıdan qovmuşdu”.

“Əxlaqsız hərəkətlər etməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, bir dəfə Sahilin başqa uşaqlara pis işlər görməsini görüb: “Bununla bağlı Sahilin anasına dedim. Anası mənə dedi ki, Sahilin bu hərəkətlərini heç kimə demə, atası bilsə onun başın kəsər. Sonradan Sahil mənə dedi ki, belə şey olmayıb”.

Teymur Abbasov qeyd edib ki, Sahilin qamışlıq deyilən ərazidə olduğunu görüb və onlar orada görüşüblər: “Amma ona qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Bütün deyilənlər yanandır”.

“Mənə pis şeylər edəndə bunun oyun olduğunu dedi”

Cinayət işi üzrə ifadə verən azyaşlı Sahil Məmmədov bildirib ki, hadisə onun beş yaşı olandan bəri olub, Teymur onunla yaxın olub: “Teymuru həyətdən tanımışam və ona Temi adıyla müraciət etmişəm. Temi mənə qarşı pis şeylər edəndə bunun oyun olduğunu dedi. Məni soyundurub, sonra şəkil göstərib, şəkildəki hərəkətləri edəcəyini bildirdi. Mən də şəkildə olanları eləmişəm. Sonra məni bıçaqla hədələdi və heç kimə bu barədə deməməyimi tapşırdı”.

“Qorxumdan heç kimə deməmişəm”

Sahil Məmmədov qeyd edib ki, ailələrimiz aralarında normal münasibətdə olublar: “Atam, anam Teymurla oynamamağımı mənə tapşırıblar. Temi ilə evdə olan zaman mənə qarşı əxlaqsız hərəkətlər etdi. Temi mənə dedi ki, heç kimə bu barədə deməyim. Desəm, məni öldürəcək. Mən də qorxumdan heç kimə deməmişəm”.

“Dörd-beş dəfə pis hərəkətlər edib”

Azyaşlının sözlərinə görə, bu hərəkətləri başqa uşaqlarla da ona qarşı edib: “Həmin uşaqlara da Temi öyrədib. Temi mənə gecələr yatanda ata-anamı güdməyimi deyib. Temi mənə qarşı dörd-beş dəfə pis hərəkətlər edib. Teymur mənimlə sürtüşüb, qeyri-təbii yolla əlaqədə olub. Temi mənimlə olanda yay tətili olduğundan məktəbə getməmişəm, su nasosunun yanında olmuşam. Həmin vaxt Teminin 12 yaşı olub. Temi məni hədələyib, mən də heç kimə bu barədə danışmamışam. Temi evlərindən bıçaq gətirib, məni qorxudub ki, heç kimə deməyim”.

“Uşaqlarla qarajların yanında olmuşam”

Sahil Məmmədov bildirib ki, 2011-2012-ci illərdə Temi onunla dörd-beş dəfə su nasosunun yanında, 2013-cü ildə isə evdə cinsi əlaqədə olub: “Həmin vaxtlar yayın ortaları olub, o vaxtlar Teminin anasının harada işləməsini bilməmişəm. 2015-ci ildə Temi məni beş barmaqla hədələdi. 2015-ci ildə Temi məni evə aparanda may ayı olub. Həmin vaxt evdə heç kim olmayıb, valideyinləri işdə olub. Həmin vaxt qonşu Sadiq sarımsaq almaq üçün Temigilə gəldi və bizi gördü. Heç vaxt evdə deməmişdim ki, Temi mənimlə belə bir şey edib. Başqa uşaqlarla qarajların yanında olmuşam. Həmin vaxt Yetər xala bizi tutub. Orada Aqşin, Samir, Vüqar və mən olmuşam. Aqşin Samirlə, mən də Vüqarla cinsi əlaqədə olmuşuq. Anama, atama qorxumdan deməmişəm. Ümumiyyətlə, heç kimə deməmişəm. Axırıncı dəfə də uşaqlarla sürtüşmüşəm, həmin vaxt Temi orada olmayıb”.

Sahil Məmmədov qeyd edib ki, 2016-cı ildə Temi onunla intim əlaqədə olmayıb, arxasında olan qızartının kimdən əmələ gəlməsini bilməyib.

“Telefonda pis-pis şəkillər göstərib”

Şahid qismində dindirilən Sahil Məmmədovun anası Səlimə Məmmədovanın sözlərinə görə, dəqiq tarixi yadında deyil, amma o, işdə olanda Yetər ona zəng edib və bildirib ki, uşaqlar bir-birlərinə pis-pis şeylər edirlər: “Tez evimə zəng etdim, oğlum Sahilin həyətdən telefona çağırtdırdım. Həmin vaxt Sahil telefona gələndə onun yanında dostları Aqşin və Ümid də var idi. Onlar dedilər ki, belə şeylər etməyiblər. Səhər evə gəldim, uşaqların hamısını çağırdım. Onların yanında oğlumu döydüm. Uşaqlar etiraf etdilər ki, belə şeylər etməyi onlara Temi öyrədib və onlara telefonda pis-pis şəkillər göstərib”.

“Uşağı belə iş görməsinə inanmadığını söylədi”

Səlimə Məmmədovanın sözlərinə görə, Yetər ona deyib ki, bir dəfə o, Temini telefonunda əxlaqsız şəkilləri uşaqlara göstərməsi ilə bağlı hədələyib: “Teminin Samirə qarşı pis hərəkət etməsini görüb, Temi isə onu hədələyərək heç kimə bu barədə bir söz deməməsini tapşırıb. Bu barədə Validəyə dedim. O, isə uşağı belə iş görməsinə inanmadığını söylədi”.

“Gördüm ki, pis hərəkət edirlər”

Cinayət işi üzrə ifadə verən Samir bildirib ki, anası onu Temigildən sarımsaq almağa göndərib: “Həmin vaxt qapıda dayanaraq Validə xalanı çağırdım. Amma səsimi eşidən olmadı. Bu səbəbdən içəri girdim. Gördüm ki, Sahilin şalvarı aşağı çəkilib, Sahil altda, Temi isə üstə duraraq pis hərəkət edirlər. Bu zaman qaçmaq istədim. Bu vaxt Temi məni gördü və tutaraq saxladı. Temi mənim boğazımdan tutdu, dedi ki, kiməsə desən, səni öldürəcəyəm. Mən də qorxumdan heç kimə demədim”.

“Dedi ki, axşamlar ata-ananızı güdün”

Samirin ifadəsinə görə, bundan sonra onunla Sahilin arasında da pis hərəkətlər olub, amma həmin vaxt Temi onların yanlarında olmayıb: “Bu il Temi bizə telefonda video göstərdi. Həmin vaxt biz futbol oynamışıq, top kənara düşüb. Topu götürməyə gedəndə Temi telefonda pozğun videoya baxdı. Biz də həmin videoya baxdıq. Temi dedi ki, axşamlar ata-ananızı güdün, görün onlar nə edirlər. Mən, Sahil, Aqşin və Vüqarla birlikdə bir-birimizə tərbiyəsiz hərəkətlər etməyə başladıq. Həmin vaxt soyunduq və bir-birimizə sürtündük”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Abbasov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Teymur Abbasovun barəsində olan hökmün ləğv edilməsini, ona ağır cəza verilməsini istəyib.

Həmçinin Teymur Abbasovun vəkili tərəfindən də apelyasiya şikayəti verib. O, müvəkkilinin günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Tərəflərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti və məhkumun vəkilinin apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan məhkumun vəkili kasasiya şikayəti verib. Kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası məhkumun vəkilinin kasasiya şikayətini də təmin etməyib.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm