Bakı sakinini öldürmək istədilər – RƏSMİ MƏLUMAT
Bizi izləyin

Kriminal

Bakı sakinini öldürmək istədilər – RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş bıçaqlanma ilə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, noyabrın 19-da saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Bayram Orucov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm