Həmkəndlisini rüsvay edəcəyi ilə qorxudub 1000 manat aldı
Bizi izləyin

Kriminal

Həmkəndlisini rüsvay edəcəyi ilə qorxudub 1000 manat aldı

Biləsuvarda həmkəndlisini barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 1000 manat almış şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 22-də Biləsuvar rayonunun Aşağı Gürəli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Kəlbiyev həmkəndlisi olan bir nəfəri barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 1000 manat alıb.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Kəlbiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm