Kriminal
Azərbaycanda qadından ŞOK CİNAYƏT – Qonşusunun evinə basqın edib...
Şəki rayonunda soyğunçuluq hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayonun Bağbanlar küçəsində yaşayan İmanova Fəridə Mahmud qızı polisə müraciət edərək bildirib ki, yaşadığı mənzildəki sandıqdan 500 manat naməlum şəxs tərəfindən oğurlanıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin gün F.İmanovanın qonşusu, Mahmudova Nuranə Güloğlan qızı evin qapısının açıq olduğunu bilərək mənzilə daxil olub. O, özü ilə gətirdiyi dəmirkəsənlə sandıqın qıfılını kəsib və oradan 500 manatı götürüb. Bu zaman ev sahibəsi Fəridə İmanova mənzilə daxil olub. Vəziyyətin pisləşdiyini görən N.Mahmudova qonşu qadına hücum edərək onu boğmağa başlayıb və bu barədə kiməsə məlumat verməməsini tələb edib. O, sandıqdan götürdüyü 500 manatı özü ilə aparıb.
Faktla bağlı Şəki rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı