London taksisindəki hadisəyə görə ƏMƏLİYYAT – 2 qardaş həbs edildi
Bizi izləyin

Kriminal

London taksisindəki hadisəyə görə ƏMƏLİYYAT – 2 qardaş həbs edildi

Bakıda quldurluq etmiş şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakini olan bir nəfərin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildiriblər.

Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıb hadisə yerini tərk ediblər.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılıb.

Bu cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi dekabrın 3-də Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə axtarışda olması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm