Bakıda qadınları qorxu içində saxlayan 2 nəfər tutuldu
Bizi izləyin

Kriminal

Bakıda qadınları qorxu içində saxlayan 2 nəfər tutuldu

Bakıda qadınlara qarşı oğurluq əməlləri törətmiş şəxslər tutulub.

Publika.az xəbər verir ki, Xətai RPİ 34-cü PŞ və 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar.

Üzərinə şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram heroin götürülüb.

Onların dekabrın 3-də 40 saylı xətt avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm