Kriminal
Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı ŞOK GERÇƏK - Həkim AÇIQLADI
2 gündür ki, mətbuatda və ictimaiyyət arasında Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş dəhşətli qətl hadisəsi müzakirə edilir.
Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı “Buta Palace”nin art-direktoru Taxveli Ramiz Pərviz oğlunun həyat yoldaşı, 30 yaşlı Adelya Taxvelini Rəşid Behbudov küçəsindəki 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən atarkən THC növlü marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış ağır psixi vəziyyətdə olduğu müəyyənləşib. O, artıq həbs edilib.
Tanınmış psixiatr Orxan Fərəcli Publika.az-a bildirib ki, barbituratlar tibbdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur: “Lakin bu maddə nəinki, marixuanaya qarşı, heroin, digər həlledicilərə qarşı psixi və davranış pozuntuları yarada bilər. Adətən bu kimi hallar yaşananda xüsusi amansızlıqla törədilmiş cinayətlərin rastgəlinmə faizi də artır. Yəni, “həmişə belə olacaq” demək mümkün deyil. Lakin bu kimi ağır halların yaranması üçün xüsusi zəmin olmalıdır. Uzun müddətli yuxusuzluq, bir çox maddələrin qarışdırılaraq qəbulu, alkoqolla marixuanın birgə istifadəsi və sair hallar ağır fəsadların baş verə biləcəyinə, xüsusi amansızlıqla törədilmiş cinayətlərə müəyyən zəmin hazırlaya bilər. Hadisə vaxtı psixi durumu müəyyənləşdirmək, cinayəti törətmiş şəxsin anlaqlı və ya anlaqsız vəziyyətdə olması məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyənləşdiriləcək bir məsələdir”.
Qeyd edək ki, hadisə dekabrın 10-na keçən gecə baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Əri tərəfindən qətlə yetirilən Adelya Taxveli “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.
Nizam
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq