Azərbaycanda 28 yaşlı oğlanla 31 yaşlı qadın öldürüldü
Bizi izləyin

Kriminal

Azərbaycanda 28 yaşlı oğlanla 31 yaşlı qadın öldürüldü

Ucarda itmiş düşmüş şəxsin meyiti tapılıb.

Rayonda itkin düşmüş kimi polis şöbəsində axtarışda olan Qaradağlı kənd sakini 31 yaşlı Gülnar Həşimovanın rayon ərazisində bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Faktla bağlı rayon prokurorlunda araşdırma aparılır.

Daha bir qətl hadisəsi Bakı şəhəri, Nizami rayonunda baş verib. Burada yerləşən kafelərdən birində kütləvi dava baş verib. Dava zamanı 26 yaşlı İlham Soltanəliyev Cəbrayıl rayon sakini 28 yaşlı Səbuhi Səfərovu ayaq nahiyəsindən bıçaqlayıb.

S.Səfərov qanitirmədən dünyasını dəyişib. İ.Soltanəliyev saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm