Azərbaycanda qızın başını kəsib kanala atan şəxs ələ keçdi
Bizi izləyin

Kriminal

Azərbaycanda qızın başını kəsib kanala atan şəxs ələ keçdi

Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Qeyd edək ki, gənc qadının meyiti su kanalından başı kəsilmiş formada aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm