Azərbaycanda futbol hakiminin ailəsinə qarşı İYRƏNC HƏRƏKƏT
Bizi izləyin

Kriminal

Azərbaycanda futbol hakiminin ailəsinə qarşı İYRƏNC HƏRƏKƏT

Azərbaycanlı futbol hakimi İnqilab Məmmədovun evindən oğurluq olub.

Publika.az xəbər verir ki, bu barədə referinin həyat yoldaşı “Xəzər” TV-yə açıqlamasında məlumat verib. Bildirilib ki, oğurlanan pullar Məmmədovun 2 yaşlı xəstə övladı Nərgizin müalicəsi üçün yardım məqsədilə yığılmış vəsait olub.

Məmmədovun həyat yoldaşı açıqlamasında qeyd edib ki, günorta vaxtı evdən çıxıblar, axşam qayıdanda isə pulların oğurlandığını görüblər. Evə mətbəxdən daxil olan oğrular, 9500 dollar və 6500 manat məbləğində pulu götürüblər.

İnqilab Məmmədovun qızı Nərgiz əzələ əriməsindən əziyyət çəkir.

Hadisəylə bağlı polisə məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm