Kürdəmirdə qadına qarşı CİNAYƏT
Bizi izləyin

Kriminal

Kürdəmirdə qadına qarşı CİNAYƏT

Kürdəmir rayonunda soyğunçuluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da Kürdəmir rayonunun Atakişili kəndi ərazisində naməlum şəxs kənd sakini olan bir qadına zor tətbiq edib içərisində pul və mobil telefon olan çantasını alıb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Mürtülü kənd sakini Namiq Osmanov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm