Bakıda taksi sürücüsündən qadına qarşı İYRƏNC HƏRƏKƏT – Aldadıb başqa yerə apardı və...
Bizi izləyin

Kriminal

Bakıda taksi sürücüsündən qadına qarşı İYRƏNC HƏRƏKƏT – Aldadıb başqa yerə apardı və...

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın “28 Mall” ticarət mərkəzinin qarşısında “Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib. Sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm