Bakıda banka saxta yüzlüklər gətirən şəxs ələ keçdi
Bizi izləyin

Kriminal

Bakıda banka saxta yüzlüklər gətirən şəxs ələ keçdi

Polis əməkdaşları saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalayıb.

Publika.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm