Bakıda dəhşətli qəza törədən avtobus sürücüsü ilə bağlı YENİ XƏBƏR
Bizi izləyin

Kriminal

Bakıda dəhşətli qəza törədən avtobus sürücüsü ilə bağlı YENİ XƏBƏR

Bir neçə ay əvvəl Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində 136 saylı sərnişin avtobusunun sürücüsü Yelmar Atakişiyev idarəetməni itirərək səkidə dayanan şəxsləri vurub və 61 yaşlı Mansur Namazov qəza nəticəsində vəfat edib.

Publika.az xəbər verir ki, faktla bağlı başlanmış cinayət işi əsasında sürücü həbs edilib və Xəzər rayon Məhkəməsi onun 5 il, 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Qərardan narazı olan Y.Atakişiyev Apelyasiya Məhkəməsinə müraciət edib.

Dəhşətli qəzada vəfat edən Mansur Namazovun qızı Rəna Namazova Publika.az-a müraciətində bildirib ki, atasının ölümünə səbəb olan sürücü daha əvvəl də cinayət törədib: “Atam iyunun 9-u, səhər 6-da evdən çıxdı və 20 dəqiqədən sonra dəhşətli xəbəri aldıq. Hadisə 136 və 171 saylı marşrut avtobusları dayanacağa tez çatmaq üçün yarışarkən Atçılıq adlanan yerdə baş verib. Biz ora çatanda məlum oldu ki, 136 saylı avtobusun sürücüsü Yelmar Atakişiyev sürət həddini aşaraq səkiyə çıxıb. Bu zaman o, səkidə dayanmış atamı vuraraq xeyli sürüyüb. Zərbənin gücündən dayanacaqdakı dirək də qırılmışdı. Atamı xəstəxanaya çatdırsaq da, biz onu itirdik. Ondan başqa da 2-3 nəfər yaralanmışdı. Yelmar isə qəzadan sonra yaralılara kömək etmək əvəzinə yerə düşüb dağılan qəpiklərini yığırdı. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açıldı, xeyli sonra həmin sürücü tutuldu, Halbuki, Yelmar Atakişiyev əvvəllər də oğurluq etdiyi üçün məhkum olunub. Mən Apelyasiya Məhkəməsində işə baxan hakim Faiq Qasımovda bir övlad kimi, evinin böyüyünü itirmiş qadın kimi xahiş edirəm, bu işə düzgün baxsın və ədalətli qərar çıxarsın. Bu işdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də zərərçəkmiş kimi tanınıb. Y.Atakişiyev öncə yol polisinin müşahidə kamerasının bərkidildiyi dirəyi vurub aşırıb. Lakin Y.Atakişiyev dövlətə və digər xəsarət alan şəxslərə dəyən maddi ziyanı da ödəməyib”.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm