Azərbaycanda 2 gündə 2 tələbə öldürüldü - RƏSMİ MƏLUMAT
Bizi izləyin

Kriminal

Azərbaycanda 2 gündə 2 tələbə öldürüldü - RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Yevlaxda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 24-də Yevlax şəhərinin ərazisində şəhər sakini Namiq Nərimanov münaqişə zəminində həmyerlisi Ağa Əhmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş A.Əhmədov orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Nərimanov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən A.Əhmədli Gəncədə yerləşən ali məktəblərdən birinin tələbəsi olub. Dekabrın 23-də isə Bakı şəhərinin Nərimanov rayonunda da tələbə digər tələbəni qətlə yetirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm