Gəncəni təşvişdə saxlayan şəxslər yaxalandı – ümumilikdə 25 avtomobili...
Bizi izləyin

Kriminal

Gəncəni təşvişdə saxlayan şəxslər yaxalandı – ümumilikdə 25 avtomobili...

Gəncədə avtomobillərdən oğurluq edən 2 nəfər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Mayıl Həsənovun və Xəlil Qarayevin ətrafında Gəncə ŞBPİ, Nizami RPİ və Kəpəz RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların şəhər ərazisində daha 25 avtomobildən oğurluq etdiyi üzə çıxıb. Məlum olub ki, həmin şəxslər avtomobillərdən pul, mobil telefon, maqnitofon, akkumulyator, fara və səsgücləndirici, yaddaş kartı və adapter və sair oğurlayıblar.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm