DİN icra başçısının müavininin kabinetindəki hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Kriminal

DİN icra başçısının müavininin kabinetindəki hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Ucar rayonunda oğurluğa cəhd etmiş şəxslə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 5-də saat 22 radələrində Göyçay Regional Mühafizə Şöbəsindən Ucar rayonu ərazisindəki inzibati binaların birindən oğurluq edilməsi barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla xidməti otaqların birindəki seyfin kəsici alətlə qırılaraq pul oğurlamağa cəhd göstərildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini Kənan İsmayılov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi bina Ucar rayon İcra Hakimiyyətini inzibati binasıdır. K.İsmayılov RİH başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetinə daxil olaraq seyfi yarmaq istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm