Bakıda qonaq evin açarını oğurladı – Qayıdıb seyfi apardı - FOTO
Bizi izləyin

Kriminal

Bakıda qonaq evin açarını oğurladı – Qayıdıb seyfi apardı - FOTO

Paytaxtın Nizami rayonunda yerləşən mənzillərdən birindən naməlum şəxs tərəfindən içərisində 5000 manat, 1500 dollar, 750 avro və müxtəlif sənədlər olan seyf naməlum şəraitdə oğurlanıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, zərərçəkən bu barədə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sadiq Abbasov saxlanılıb. O, ifadəsində zərərçəkənin tanışı olduğunu və bir neçə ay əvvəl həmin evdə qonaq olan zaman mənzilin açarlarından birini oğurladığını bildirib. Zərərçəkənin mənzildə olmadığı biləndən sonra S.Abbasov həmin açarlar vasitəsilə evə daxil ola bilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm