Bakıda 16 yaşlı oğlan gecə saat 2-də…
Bizi izləyin

Kriminal

Bakıda 16 yaşlı oğlan gecə saat 2-də…

Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, gecə saat 01:50-də Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Xutor 15-ci sıra ünvanında yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə qorunan fiziki şəxsə məxsus “Omid” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Binəqədi Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar.

Obyektə baxış zamanı giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər və bu zaman kassadan 170 manat pulu oğurlamaq istəyən, 2003-cü ildə Yevlax rayonunda anadan olmuş Əliyev Vüqar Firdovsi oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm