“Bazarstore”a silahlı basqın - Tapança ilə vurub qaçdı
Bizi izləyin

Kriminal

“Bazarstore”a silahlı basqın - Tapança ilə vurub qaçdı

Abşeron rayonunda “Bazarstore” supermarketinə silahlı basqın olub.

Publika.az xəbər verir ki, Hökməli qəsəbəsində yerləşən “Bazarstore” mağazasına daxil olan maskalı şəxs əlindəki tapança ilə kassiri hədələyərək pul tələb edib. Bu zaman mağazanın müdir müavini, 1990-cı il təvəllüdlü Babayev Famil Rəhman oğlu maskalı şəxsə yaxınlaşaraq onu tərkisilah etmək istəyib. Maskalı şəxs F.Babayevin başına tapançanın arxası ilə zərbələr endirərək ərazidən uzaqlaşıb.

Quldurluq faktı ilə bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, hadisəni törədən şəxsin tutulması istiqamətində iş aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm