Bakıda və Masallıda ƏMƏLİYYAT - Külli miqdarda narkotik aşkarlandı, həbslər var
Bizi izləyin

Kriminal

Bakıda və Masallıda ƏMƏLİYYAT - Külli miqdarda narkotik aşkarlandı, həbslər var

Ötən gecə Masallıda və Bakının Qaradağ rayonlarında narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocasən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.

Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini N.Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Hər iki faktla bağlı cinayət işi başlanılıb.

Bundan başqa Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 2,6 kiloqramdan çox tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm