• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Azərbaycanda qəsdən yanğınlar törədən ruhi xəstə tutuldu – XƏSTƏXANAYA APARILDI

  • Kriminal
  • 21 Yanvar 2019 15:19
  • 551 Baxış
Azərbaycanda qəsdən yanğınlar törədən ruhi xəstə tutuldu – XƏSTƏXANAYA APARILDI

Astarada qəsdən yanğını törətmiş şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.

Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilib və yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.

Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyən edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR