Azərbaycanda dəhşətli qətlə görə daha bir nəfər həbs edildi
Bizi izləyin

Kriminal

Azərbaycanda dəhşətli qətlə görə daha bir nəfər həbs edildi

Ağcabədi rayonunda baş verən dəhşətli qətllə bağlı daha bir nəfər həbs edilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Ağcabədi rayonu ərazisində Hindarx qəsəbə sakini Əhliman Cənnətovu qətlə yetirməkdə şübhəli bilinən Mansur Qasımov da saxlanılıb.

Qeyd edək ki, Ağcabədi rayon polis şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov bildirib ki, yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedib. Amma nə atasını, nə də 13 baş qoyunu tapa bilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalara Əhliman Cənnətovun yanvarın 19-da həmyerlisi Mansur Qasımov və onun dayısı, Şərəfxanlı kənd sakini Sərxan Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra cəsədinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə Mansur Qasımova məxsus “VAZ-2107” markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxan Mamedzadə saxlanılıb.

Əhliman Cənnətovun meyiti eksqumasiya edilib.

İstintaq müəyyən edib ki, rayonun Şərəfxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Mamedzadə dayısı, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birlikdə qabaqcadan Əhliman Cənnətovu öldürərək heyvanları ələ keçirməyi planlaşdırıblar.

Yanvarın 19-u axşam saat 20 radələrində Mansur Qasımova məxsus avtomobillə Əhliman Cənnətovun fermasına gəliblər.

Əhliman onlara yaxınlaşaraq salamlaşıb, Mansur onu ağac parçası ilə vurub yerə yıxıb, huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb.

Əhliman Cənnətovun meyitini maşının baqajına qoyaraq fermadan 150 metr kənarda əkin sahəsində basdırıblar.

Fermadakı qoyunları götürüb Ağcabədi mal-qara bazarına aparıb satıblar, pulu aralarında bölüşdürüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm