Kriminal
1 ailədən 4 nəfərin öldüyü hadisə ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - FOTO
Bakı şəhərinin Suraxanı rayonunun Ramana qəsəbəsində yerləşən evdə ana və 3 körpə övladının dəm qazından zəhərlənərək ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Publika.az xəbər verir ki, Neftçala rayon Xolqaraqaşlı kənd sakinləri 26 yaşlı Elmira Əsgərova ilə övladları – 5 yaşlı Əli, 3 yaşlı Fatimə və 1 yaş 6 aylıq yaşlı Zeynəbin dəm qazından zəhərlənərək vəfat etdiyi hadisəyə görə Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Suraxanı rayon Prokurorluğunda açılmış cinayət işi ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ailə başçısı Əsədulla Əsgərov Bakıda şirkətlərdən birində mühafizəçi işləyib. O, yanvarın 25-də gecə növbəsində işdə olub və səhər saatlarında evə gələndə həyat yoldaşı ilə 3 körpə övladının dəm qazından boğularaq öldüyünü görüb.
Dəhşətli hadisədə ölən ana və körpələrinin fotolarını təqdim edirik. Vəfat edən ana və övladları Xolqaraqaşlı kənində yanaşı dəfn edilib.
Nizam
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!