Kriminal
Türkiyə vətəndaşı Bakıda nazirlik işçisinə 58 min “atdı” – TƏFƏRRÜAT
Bakıda dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə təqsirləndirilən şəxsin tərcüməçisi iştirak etmədiyi üçün proses yanvarın 30-dək təxirə salınıb.
Türkiyə vətəndaşı Tahsin Çalışqan Esmira Qənizadənin etibarın sui-istifadə edərək ona qarşı külli miqdarda ziyan vurub.
Belə ki, o, qadına Türkiyədən Azərbaycana xəstəxana üçün mallar göndərəcəyi vədi verib, ondan 58 min manat pul alıb.
Daha sonra Tahsin Çalışqan verdiyi vədə əməl ətməyib.
Zərərçəkmişin şikayəti əsasında Tahsin Çalışqan saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, Elmira Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. Birinci dərəcəli ədliyyə qulluqçusudur.
İlkin
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi