Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi - FOTO
Bizi izləyin

Kriminal

Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi - FOTO

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən paytaxt sakini olan bir qadın Ə.Əhmədov küçəsi 8 ünvanında yerləşən paltar mağazasının qarşısında tanımadığı şəxsin onun içərisində 1800 manat olan əl çantasını oğurladığı barədə məlumat verib.

Yasamal rayon Polis İdarəsi və 29-cu polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Emin Məmmədov saxlanılıb.

Onun ətrafında aparılan tədbirlər zamanı paytaxt sakinləri Şamxal Zülfüqarovun cibindən 983 manat, Bəhruz Qasımovun cibindən 1130 manat və daha bir qadının çantasından isə 440 manat oğurladığı məlum olub.

Qeyd olunan faktlarla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Polis əməkdaşları E.Məmmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal rayon Polis İdarəsinə və ya 29-cu polis şöbəsinə müraciət edə bilərlər.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 25-də saat 23 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 3 nəfərin Bakı şəhər sakini Z.Seyidovu döyməsi barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Təxirəsalınmaz tədbirlərlə xuliqanlığı törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Əsgərov, B.Əhmədov və Ə.Səfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm