Kriminal
Məhkəmədən sabiq icra başçısını ŞOKA SALACAQ QƏRAR
Dələduzluqda təqsirli bilinən Ağcabədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və onun tanışı Rüstəm Bayramovun məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Rüstəm Bayramovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona şərti cəza verilib və məhkəmə zalında azadlığa buraxılıb.
Məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində axtarış qərarı çıxarılmış Münsif Səfərovla bağlı hökm elan edilməyib.
Onun barəsində seçilmiş həbsli axtarış qərarı qüvvədə saxlanılıb və barəsində olan cinayət işi ayrıca icraata götürülüb.
İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər.
Fərabi Mənsura 60 min manat ziyan vurulub.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Rüstəm Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, Münsif Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.
Münsif Səfərov 1992-ci ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
İlkin
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO