BAKIDA FACİƏ - 46 yaşlı qadının meyiti tapıldı
Bizi izləyin

Kriminal

BAKIDA FACİƏ - 46 yaşlı qadının meyiti tapıldı

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Binəqədi rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi 1-ci mədən, 40-cı korpus ünvanında yaşayan 1973-cü il təvəllüdlü Mətanət Mikayılovanın hamam otağında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

M.Mikyılovanın ölüm səbəbini dəqiqləşdirmək məqsədi ilə ekspertiza təyin edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm