Bakıda qadına məxsus obyekti talayan kişi ələ keçdi
Bizi izləyin

Kriminal

Bakıda qadına məxsus obyekti talayan kişi ələ keçdi

Bakıda anbardan oğurluq etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompüter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildiri.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm