Bakıda obyektləri talayan şəxslər ələ keçdi
Bizi izləyin

Kriminal

Bakıda obyektləri talayan şəxslər ələ keçdi

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Quba rayon sakini, əvvəllər məhkum olunmuş A.Həsənovla birgə çoxsaylı obyektləri taladığı üzə çıxıb. Bəlli olub ki, həmin şəxslər 1 kafedən 200 ABŞ dolları, 1 sexdən inşaat materialları, 1 bərbər salonundan məişət əşyası, 1 qadının cibindən 1400 manat, 1 nəfərin velosipedini, habelə 3 mağazadan pul, bijuteriya, tütün məmulatı və sərinləşdirici içki oğurlayıblar.

Görülmüş tədbirlərlə A.Həsənov da saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun 4 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm