Bakıda əməliyyat - Avtomatlı şəxs tutuldu
Bizi izləyin

Kriminal

Bakıda əməliyyat - Avtomatlı şəxs tutuldu

Bakı sakini küçədə silah-sursatla yaxalanıb.

Publika.az xəbər verir ki, Belə ki, Nizami rayon Polis İdarəsinin əməkdaşları Keşlə qəsəbəsində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.

S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm